Həftəsonu vətəndaşlardan avtomat, tapança və tüfənglər götürülüb

Həftəsonu vətəndaşlardan avtomat, tapança və tüfənglər götürülüb Polis əməkdaşları həftəsonu vətəndaşlardan avtomat, tapança və tüfənglər götürüb.
Hadisə
19 fevral 2024 05:40
Həftəsonu vətəndaşlardan avtomat, tapança və tüfənglər götürülüb

Polis əməkdaşları həftəsonu vətəndaşlardan avtomat, tapança və tüfənglər götürüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 17-də və 18-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 13 ədəd müxtəlif markalı tüfəng, 10 patron darağı və 1081 ədəd patron təhvil götürüblər.

Həmçinin, həftəsonu keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd avtomat silahı, 3 tapança, 6 ədəd müxtəlif markalı tüfəng, 5 patron darağı və 74 ədəd patron aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi