Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Hüseyn Sayılovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
22 Aprel , 2019 11:16
Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Hüseyn Sayılovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası aprelin 25-nə təyin edilib.

Qeyd edək ki, ötən il hüquq-mühafizə orqanlarına müraciət edən şəxs bir nəfərin onun qızının şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyib 3000 manat tələb etdiyini bildirib. Sentyabrın 15-də polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs qeyd olunan məbləği alarkən cinayət başında yaxalanıb.

Araşdırmalarla onun Şamaxı rayon sakini H.Sayılov olduğu müəyyən edilib.

H.Sayılovun barəsində Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə ittiham irəli sürülüb.

Cinayət işində zərərçəkmiş qismində ata və onun qızı tanınır.

Son xəbərlər

Orphus sistemi