Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən şəxsin ibtidai istintaqı başa çatıb

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən şəxsin ibtidai istintaqı başa çatıb Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Hüseyn Sayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
3 Aprel , 2019 13:36
Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən şəxsin ibtidai istintaqı başa çatıb

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Hüseyn Sayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Siyavuş Hacıyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, ötən il hüquq-mühafizə orqanlarına müraciət edən şəxs bir nəfərin onun qızının şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyib 3000 manat tələb etdiyini bildirib. Sentyabrın 15-də polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs qeyd olunan məbləği alarkən cinayət başında yaxalanıb.

Araşdırmalarla onun Şamaxı rayon sakini H.Sayılov olduğu müəyyən edilib.

H.Sayılovun barəsində Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə ittiham irəli sürülüb.

Cinayət işində zərərçəkmiş qismində ata və onun qızı tanınır.

Son xəbərlər

Orphus sistemi