Hədə-qorxu ilə pul tələb edən şəxs saxlanıldı

Hədə-qorxu ilə pul tələb edən şəxs saxlanıldı Bakı şəhər sakini N.Qubadov 2019-cu ilin dekabr ayından cari ilin aprel ayınadək olan müddətdə bir nəfərin ona hədə-qorxu gələrək 7 300 manat pulunu aldığını bildirib.
Hadisə
29 May , 2020 12:27
Hədə-qorxu ilə pul tələb edən şəxs saxlanıldı

Bakı şəhər sakini N.Qubadov 2019-cu ilin dekabr ayından cari ilin aprel ayınadək olan müddətdə bir nəfərin ona hədə-qorxu gələrək 7 300 manat pulunu aldığını bildirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinə edilən müraciətə  əsasən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən paytaxt sakini N.Qarayev müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi