Adam oğurluğunda təqsirləndirilən şəxslərə 44 ildən çox həbs cəzası verilib

Adam oğurluğunda təqsirləndirilən şəxslərə 44 ildən çox həbs cəzası verilib Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilın prosedə hökm oxunub
Hadisə
23 Avqust , 2016 16:01
Adam oğurluğunda təqsirləndirilən şəxslərə 44 ildən çox həbs cəzası verilib

Bakı. 23 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Fuad Şükürov, Elnur Şükürov, Elman Əhmədov və Adil Lətifovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilın prosedə hökm oxunub.

Məhkəmənin hökmü ilə F.Şükürov 12 il, E.Şükürov 11 il, A.Lətifovun hər birinin 10 il 6 ay və E.Əhmədovun isə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə Biləcəri qəsəbəsinin ərazisində baş verib. Həmin ərazidə bir qrup şəxs Bakı şəhər sakini Rüfət Camalovu döydükdən sonra onu zorla "Nissan" markalı avtomobilə oturdaraq Əhmədli qəsəbəsinin ərazisində yerləşən kafelərdən birinə aparıblar. Orada ona qarşı şərəf və ləyaqəti alçaldan hərəkətlər edib videoya çəkərək internetdə yerləşdirəcəkləri ilə hədələyib ondan 20 min manat pul tələb ediblər. Bununla bağlı daxil olan məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə təqsirli bilinən Ağsu şəhər sakini E.Əhmədov, Salyan şəhər sakini F.Şükürov və E.Şükürov, həmçinin paytaxt sakini A.Lətifov tutulub. Həmin şəxslər Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə), 145-ci (qanunsuz azadlıqdan məhrum etmə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətini mənimsəmə) maddələri ilə ittiham olunublar.

Son xəbərlər

Orphus sistemi