Həbsxanadakı oğluna narkotik vasitə gətirən ana saxlanılıb

Həbsxanadakı oğluna narkotik vasitə gətirən ana saxlanılıb Onun üzərindən 1.854 qram heroin aşkar edilərək götürülüb
Hadisə
15 May , 2017 19:58
Həbsxanadakı oğluna narkotik vasitə gətirən ana saxlanılıb

Bakı. 15 may. REPORT.AZ/ Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Baş İdarəsinin və 13 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddənin keçirilməsinin qarşısı alınıb.

Xidmətdən "Report"a verilən məlumata görə, Cinayət Məcəlləsinin 181.2.5; 228.4 və 66.3-cü maddələrinə əsasən 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Mustafayev Nüsrət ilə qısamüddətli görüşə gəlmiş anası Şirvan şəhər sakini Mustafayeva Tamellanın üstünə və əşyalarına baxış keçirilən zaman gizlətdiyi sellofan bükülüdə çəkisi 1.854 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün Qaradağ Rayon Polis İdarəsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi