"Report"un xəbərinə görə, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpası rədd edilib.
Qeyd edək ki, S.Strelyayev 1997-ci ildə iki qonşusunu qətlə yetirib və ömürlük həbs cəzasına məhkum olunub. O, növbəti instansiya məhkəmələrinə müraciət etməyib. Buna görə müddətin bərpası üçün Ali Məhkəməyə üz tutub.
O, ömürlük azadlıqdan məhrumetmə cəzasının 20 ilə endirilməsini və ya işinə yenidən baxılmasını istəyib.
Xatırladaq ki, şair olan S.Strelyayev həbsxanada bir neçə kitab yazıb. O, 2013-cü ildə isə həbsxanada Lüdmila Oleynikova ilə evlənib.
S.Strelyayev L.Oleynikova ilə 2011-ci ildə öz kitabının təqdimatı zamanı tanış olub. Sonra məktublaşıblar və telefonla danışıblar. Qadın onun ziyarətinə gəlməyə başlayıb. Daha sonra S.Strelyayev L.Oleynikovaya evlənmək təklifi edib. Onların bu nikahdan bir övladı var.