Həbsxanada cinayətkar dəstə yaratmaqda təqsirləndirilən "Kritı Araz" məhkəmədə ifadə verib

Həbsxanada cinayətkar dəstə yaratmaqda təqsirləndirilən "Kritı Araz" məhkəmədə ifadə verib Araz Fərəcov: "Dux"u var gəlib üzümə desin"
Hadisə
141
28 Fevral , 2018 15:54
Həbsxanada cinayətkar dəstə yaratmaqda təqsirləndirilən Kritı Araz məhkəmədə ifadə verib

Bakı. 28 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan zaman cinayətkar dəstə yaratmaqda təqsirləndirilən, kriminal aləmdə "Kritı Araz" kimi tanınan Araz Fərəcov və dəstə üzvləri - Vüqar Musayev, Renad Zahirov, Namiq Babayev, Elməddin Şahbazov, Eltən Əliyev, Xəyyam Qurbanlının cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

A.Fərəcov elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib. Digər təqsirləndirilən şəxslər isə özlərini qismən təqsirli bildiklərini söyləyib.

Daha sonra, "Kritı Araz" qısa ifadə verərək qeyd edib ki, onun bu işlə bağlı heç bir günahı yoxdur: "Heç kimdən pul tələb etməmişəm, heç kimdən pul almamışam. Nə də ki, dəstə yaratmamışam".

A.Fərəcov dindirilən zaman qeyd edib ki, saxlanıldığı kamerada Ədliyyə Nazirliyinin əməkdaşları tərəfindən telefon tapılıb: "Kim mənim haqqımda nə danışıbsa, "dux"u var gəlib üzümə desin".

Digər təqsirləndirilən şəxslərdən R.Zahirov ifadə verərək söyləyib ki, iki epizodda iştirak edib və A.Fərəcovu tanımır.

Təqsirləndirilən N.Babayev qeyd edib ki, firma rəhbəri olub: "Dizayn şirkətim olub. Dövlət tədbirlərinin açılışında iştirak edirdim. Sonra işlər zəiflədi, ona görə taksi sürürdüm".

İttihama görə, A.Fərəcov Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəndə cəza çəkərkən 2016-ci ilin dekabr ayında əvvəldən tanıdığı Vüqar Musayev və digərləri ilə mütəşəkkil dəstə təşkil edib.

Dəstə üzvləri Bakıda və bölgələrdə yayayış yerlərinə talamaq məqsədi ilə oğurluq və quldurluq hadisələri törədiblər. İttihamda qeyd edilib ki, bütün bunları A.Fərəcov koordinasiya edib.

2017-ci ilin aprel ayının 14-də Dövlət Təhlükəsizlik Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Vüqar Musayev, Renad Zahirov, Namiq Babayev saxlanılıb.

Mütəşəkkil dəstənin həbsdə olan A.Fərəcov tərəfindən yaradıldığı bildirilir.

A.Fərəcovdan başqa, E.Şahbazov da həbsxanada ola-ola bu cinayətkar dəstənin üzvü olub. O da işləri "içəri"dən koordinasiya edib.

Xatırladaq ki, A.Fərəcov kriminal aləmdə "Kritı Araz" kimi tanınır. Onun mərhum "qanuni oğru" Rövşən Lənkəranskinin tərəfdarlarından olduğu deyilir.

Son xəbərlər

Orphus sistemi