Həbsxanada cinayətkar dəstə yaratmaqda təqsirləndirilən "Kritı Araz"a hökm oxunub

Həbsxanada cinayətkar dəstə yaratmaqda təqsirləndirilən "Kritı Araz"a hökm oxunub Bakı. 28 iyun. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan zaman cinayətkar dəstə yaratmaqda təqsirləndirilən, kriminal aləmdə Kritı Araz kimi tanınan Araz Fərəcov və dəstə üzvləri - Vüqar Musayev, Renad Zahirov, Namiq Babayev, Elməddin Şahbazov, Eltən Əliyev, Xəyyam Qurbanlının cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
28 İyun , 2018 10:37
Həbsxanada cinayətkar dəstə yaratmaqda təqsirləndirilən Kritı Araza hökm oxunub
0 : 00
0 : 00

Bakı. 28 iyun. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan zaman cinayətkar dəstə yaratmaqda təqsirləndirilən, kriminal aləmdə "Kritı Araz" kimi tanınan Araz Fərəcov və dəstə üzvləri - Vüqar Musayev, Renad Zahirov, Namiq Babayev, Elməddin Şahbazov, Eltən Əliyev, Xəyyam Qurbanlının cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Araz Fərəcov 10 il, Vüqar Musayev 9 il, Renad Zahirov 9 il, Eltən Əliyev 8 il 6 ay, Xəyyam Qurbanlı 5 il və Elməddin Şahbazov isə digər cəzasının bu cəza ilə birləşməkə 17 il müdtinə azadlıqdan məhrum edilib.

Namiq Babayevə isə 1 il 2 ay cəza verilib və o, həmin müddəti istintaq dövründə çəkdiyi üçün məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, prokuror çıxışında Araz Fərəcovun 10 il 7 ay, Vüqar Musayev , Eltən Əliyev və Renad Zahirov hər birinim 10 il, Namiq Babayev 7 il, Elməddin Şahbazun digər cəzasının bu cəza ilə birləşməkə 18 il və Xəyyam Qurbanlının isə 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İttihama görə, A.Fərəcov Penitensiar xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən 2016-ci ilin dekabr ayında əvvəldən tanıdığı Vüqar Musayev və digərləri ilə mütəşəkkil dəstə təşkil edib. Dəstə üzvləri Bakıda və bölgələrdə yayayış yerlərini talamaq məqsədilə oğurluq və quldurluq hadisələri törədiblər. İttihamda qeyd edilib ki, bütün bunları A.Fərəcov koordinasiya edib.

2017-ci il aprelin 14-də Dövlət Təhlükəsizlik Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Vüqar Musayev, Renad Zahirov, Namiq Babayev saxlanılıb.

Mütəşəkkil dəstənin həbsdə olan A.Fərəcov tərəfindən yaradıldığı bildirilir.

A.Fərəcovdan başqa, E.Şahbazov da həbsxanada ola-ola bu cinayətkar dəstənin üzvü olub. O da işləri "içəri"dən koordinasiya edib.

Xatırladaq ki, A.Fərəcov kriminal aləmdə "Kritı Araz" kimi tanınır. Onun mərhum "qanuni oğru" Rövşən Lənkəranskinin tərəfdarlarından olduğu deyilir.

Son xəbərlər

Orphus sistemi