Həbsdə olan şirkət rəhbərinin oğlunun məhkəməsi başlayır

Həbsdə olan şirkət rəhbərinin oğlunun məhkəməsi başlayır Bakıda dələduzluqda təqsirləndirilən Emin Namazovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
278
11 İyun , 2020 09:34
Həbsdə olan şirkət rəhbərinin oğlunun məhkəməsi başlayır

Bakıda dələduzluqda təqsirləndirilən Emin Namazovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report” xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim İradə Həsənzadənin icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, tikinti şirkətində rəhbər vəzifə tutmuş E.Namazov dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edilir.

İş üzrə 19 zərərçəkmiş var.

Xatırladaq ki, E.Namazovun atası Tapdıq Namazov da Bakı şəhəri ərazisində yerləşən "Omaks-3" MTK-nın rəhbəri kimi bir mənzili bir neçə vətəndaşa sataraq, 18 nəfərə ümumilikdə 568 min manat ziyan vurmaqla dələduzluq etməkdə təqsirli bilinib.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. 

Son xəbərlər

Orphus sistemi