Həbsdə olan şair Saday Şəkərli məhkəməyə müraciət edib

Həbsdə olan şair Saday Şəkərli məhkəməyə müraciət edib Məhkəmənin vaxtı hələlik məlum deyil
Hadisə
19 Yanvar , 2018 17:27
Həbsdə olan şair Saday Şəkərli məhkəməyə müraciət edib

Bakı. 19 yanvar. REPORT.AZ/ Həbsdə olan şair Saday Şəkərli vaxtından əvvəl azadlığa çıxmaq üçün məhkəməyə müraciət edib.

"Report"un xəbərinə görə, onun müraciətinə Nizami Rayon Məhkəməsində baxılacaq.

Məhkəmənin vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, 2015-ci il dekabr ayının 24-də Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, Bakı şəhər sakini Saday Şəkərovun (Saday Şəkərli) külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. S.Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin (CM) qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Şəkərli 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan şair apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, S.Şəkərlinin itiham olunduğu CM-nin 182.3.2-ci maddəsi 182.2.4-cü maddəsinə tövsif olunub. Onun cəzası 10 ildən 5 ilə endirilib.

Son xəbərlər

Orphus sistemi