Azərbaycanın həbsdə olan sabiq nazirinin xəstəxanaya yerləşdirilməsinin səbəbləri məlum olub

Azərbaycanın həbsdə olan sabiq nazirinin xəstəxanaya yerləşdirilməsinin səbəbləri məlum olub Nicat Quliyev müayinə olunur
Hadisə
18 May , 2015 15:59
Azərbaycanın həbsdə olan sabiq nazirinin xəstəxanaya yerləşdirilməsinin səbəbləri məlum olub

Bakı. 18 may. REPORT.AZ Həbsdə olan sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyevin xəstəxanaya yerləşdirilməsinin səbəbləri məlum olub. Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov "Report"a açıqlamasında deyib ki, N.Quliyev müayinə məqsədilə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb: "Səhhətində müəyyən problemlər var. Hazırda müayinələr aparılır. Xəstəliyi nə olduğu barədə aparılan müayinələrdən sonra məlum olacaq". 

Nicat Quliyevi 2013-cü il avqustun 7-də MTN həbs edib. Abşeron Rayon Məhkəməsinin hökmü ilə sabiq nazir 3 il müddətinə azadlıqdan məhrum olunub. O, qanunsuz olaraq odlu silah saxlamada təqsirli bilinib. Sumqayıt Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. Nicat Quliyev 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır.

Son xəbərlər

Orphus sistemi