Taleh Bağırovun həbsdə olan müavininin evindən silah və qumbara tapılıb

Taleh Bağırovun həbsdə olan müavininin evindən silah və qumbara tapılıb Onun evindən 1 ədəd “F-1” qumbarası və 100-ə yaxın dini ədəbiyyat aşkar edilərək götürülüb
Hadisə
4 Dekabr , 2015 13:06
Taleh Bağırovun həbsdə olan müavininin evindən silah və qumbara tapılıb

Bakı. 4 dekabr. REPORT.AZ/ “Müsəlman Birliyi” Hərəkatının həbsdə olan sədr müavini Elçin Qasımovun evindən silah tapılıb.

"Report" Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər ki, noyabrın 6-da İnzibati Xətalar Məcəlləsinin 301 və 298.2-ci maddələri ilə barəsində 30 sutka inzibati həbs qətimkan tədbiri seçilən Elçin Qasımovun “Müsəlman Birliyi” adlı hərəkatın fəal üzvlərindən biri olması Sabunçu Rayon Polis İdarəsinin və Bakı Şəhər Prokurorluğu əməkdaşları tərəfindən müəyyən edilib. E.Qasımovun Maştağa qəsəbəsindəki evinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd “F-1” qumbarası və 100-ə yaxın dini ədəbiyyat aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi