Bakıda həbsdə olan ərinə narkotik maddə keçirmək istəyən qadın saxlanılıb

Bakıda həbsdə olan ərinə narkotik maddə keçirmək istəyən qadın saxlanılıb Bakıda həbsdə olan ərinə narkotik maddə keçirmək istəyən qadın saxlanılıb.
Hadisə
29 Oktyabr , 2019 10:05
Bakıda həbsdə olan ərinə narkotik maddə keçirmək istəyən qadın saxlanılıb

Bakıda həbsdə olan ərinə narkotik maddə keçirmək istəyən qadın saxlanılıb.

Bu barədə "Report"a Ədliyyə Nazirliyi Penitensiar Xidmətin (PX) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Cəfərov Məhəmməd Rahid oğlu ilə qısamüddətli görüşə gələn arvadı Lənkəran şəhər sakini Rəsulova Şəbnəm İltifat qızı tərəfindən gətirilən sovqata baxış keçirilən zaman orada olan gödəkcənin cibində gizlədilən bükülüdə 2.1 qram narkotik maddə - tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi