Həbs olunmuş şəxsin digər cinayət əməlinin üstü açılıb

Həbs olunmuş şəxsin digər cinayət əməlinin üstü açılıb Bu ilin aprel ayında Şəki Şəhər Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən şəhər sakini bir qadın ona məxsus evdən 1900 manat pulun oğurlanması barədə məlumat verib.
Hadisə
13 Dekabr , 2019 11:46
Həbs olunmuş şəxsin digər cinayət əməlinin üstü açılıb

Bu ilin aprel ayında Şəki Şəhər Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən şəhər sakini bir qadın ona məxsus evdən 1900 manat pulun oğurlanması barədə məlumat verib.

Bu barədə "Report"un Şimal-qərb bürosuna DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə həmin hadisənin narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanılıb, əvvəllər məhkum olunmuş və hal hazırda barəsində həbs qətimkan tədbiri seçilmiş şəhər sakini Rəhman Xəlilov tərəfindən törədildiyi aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi