Hava şəraitinin yaxşılaşması ilə əlaqədar neftçilərin axtarışlarına yenidən kiçik gəmilər cəlb edilib

Hava şəraitinin yaxşılaşması ilə əlaqədar neftçilərin axtarışlarına yenidən kiçik gəmilər cəlb edilib Hazırda axtarışlar davam etdirilir
Hadisə
2 yanvar 2017 11:17
Hava şəraitinin yaxşılaşması ilə əlaqədar neftçilərin axtarışlarına yenidən kiçik gəmilər cəlb edilib

Bakı. 2 yanvar. REPORT.AZ/ "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Axtarış-xilasetmə Qərargahından "Report"a verilən məlumata görə, hava şəraitinin yaxşılaşması ilə əlaqədar olaraq, kiçik həcmli gəmilər axtarışlara yenidən cəlb edilib və hər gün olduğu kimi bu gün də digər gəmi və üzən vasitələr, helikopterlər, canlı qüvvə və dalğıclar axtarışı davam etdirməkdədir.

Son xəbərlər

Orphus sistemi