Yuxarı
    Bağlamaq

    Çətin hava şəraitinə baxmayaraq itkin düşən neftçilərin axtarışları dayandırılmayıb

    Hazırda fontana qarşı qrup və xarici mütəxəssislər iş planı hazırlayır

    Bakı. 9 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzada itkin düşən 23 nəfərin və "Neft daşları" yatağında itkin düşən 3 nəfərin axtarışı davam etdirilir. "Report" xəbər verir ki, bunu "Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov operativ qərargahda keçirilən brifinqdə bildirib. "Hava şəraitinin pisləşməsi axtarış işlərini dayandırmayıb. FHN helikopterləri və SOCAR tərəfindən AZAl-dan götürülən helikopterlər işi aparıb. Hava şəraiti ilə əlaqədar sualtı axtarışlar dayandırılıb. Hazırda küləyin sürəti 18-23, bəzən 30 metr/saniyə olur və sualtı axtarışların bu havada olması mümkün deyil". 

     Saat 11:00-a olan məlumata görə, axtarışlarda nəticə əldə olunmayıb. B.Ağarəhimov "Günəşli" yatağındakı 10 saylı özüldə yanğının söndürülməsi üçün hazırda 5 gəminin iş apardığını da qeyd edib. Onun sözlərinə görə, platformaya quraşdırılması nəzərdə tutulan tərtibatın quraşdırılması hava şəraiti ilə əlaqədar, hələ mümkün olmayıb. "Hazırda fontana qarşı qrup və xarici mütəxəssislər iş planı hazırlayır. Bəzi texniki problemlərin həllinə aid iş planı qururlar" - o, əlavə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi