Azərbaycan gömrükçüləri İran və Gürcüstandan qanunsuz keçirilməyə cəhd edilən narkotik maddə və spirtli içki aşkar ediblər

Azərbaycan gömrükçüləri İran və Gürcüstandan qanunsuz keçirilməyə cəhd edilən narkotik maddə və spirtli içki aşkar ediblər Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Qırmızı Körpü gömrük postunda Gürcüstandan ölkəmizə idarə etdiyi Opel Vectra markalı avtomobil ilə gələn Azərbaycan vətəndaşı Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb və şifahi sorğu-sual edilib.
Hadisə
7 Yanvar , 2020 12:10
Azərbaycan gömrükçüləri İran və Gürcüstandan qanunsuz keçirilməyə cəhd edilən narkotik maddə və spirtli içki aşkar ediblər

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə idarə etdiyi "Opel Vectra" markalı avtomobil ilə gələn Azərbaycan vətəndaşı Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb və şifahi sorğu-sual edilib. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Sorğu-sual zamanı o, idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin arxa oturacağının altında və yük yerində hər biri 1 litr olmaqla, 8 ədəd üzərində "Nemirovskaya" yazılan və 22 ədəd üzərində "Nemiroff" yazılan spirtli içkilər aşkarlanıb.

Bundan əlavə DGK-nın Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, piyada yolla İrandan gələn Azərbaycan vətəndaşı Astara gömrük postunda saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Şəxsi yoxlama zamanı onun üzərində qanunla qadağan olunan hər hansı predmet aşkarlanmasa da, daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb. Astara Rayon Mərkəzi Xəstəxanasına aparılan vətəndaşın tibbi müayinəsi nəticəsində - düz bağırsağından, şəffaf sellofana bükülü 4 ədəd bükümdə, ümumi çəkisi 64 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə - heroin, çəkisi 13 qram olan ağ rəngli, kristal şəkilli psixotrop maddə - metamfetamin və 51 ədəd qəhvəyi rəngli, üzərində "M40" yazısı olan "metadon" adlı həblər aşkarlanıb.

Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na, metadon isə Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir.

Hər iki faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi