Gürcüstandan ölkəyə qanunsuz siqaret, mobil telefonlar və aksesuarların gətirilməsinin qarşısı alınıb

Gürcüstandan ölkəyə qanunsuz siqaret, mobil telefonlar və aksesuarların gətirilməsinin qarşısı alınıb Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsinə daxil olan məlumat əsasında Qırmızı Körpü gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi BMW 523 markalı avtomobil saxlanılıb və sürücü şifahi sorğu-sual edilib.
Hadisə
4 İyul , 2019 12:39
Gürcüstandan ölkəyə qanunsuz siqaret, mobil telefonlar və aksesuarların gətirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "BMW 523" markalı avtomobil saxlanılıb və sürücü şifahi sorğu-sual edilib.

Komitədən “Report”a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Bundan sonra avtomobilə baxış keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin oturacaqlarının altından və sürət qutusunun üst hissəsindən 3000 ədəd "King" markalı siqaret, 1 ədəd "Samsung Galaxy A 30", 1 ədəd "Redmi Note 7" və 2 ədəd "Samsung Galaxy J2 Core" markalı mobil telefonlar, 4 ədəd "qulaqlıq", 10 ədəd USB və yükləyici aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi