Gürcüstandan ölkəyə mobil telefonların qanunsuz keçirilməsinin qarşısı alınıb

Gürcüstandan ölkəyə mobil telefonların qanunsuz keçirilməsinin qarşısı alınıb Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Qırmızı Körpü gömrük postunda Gürcüstan istiqamətindən gələn Azərbaycan vətəndaşının idarə etdiyi Mercedes-Benz ML 320 markalı nəqliyyat vasitəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında saxlanılıb və gömrük baxışı keçirilib.
Hadisə
7 May , 2019 10:05
Gürcüstandan ölkəyə mobil telefonların qanunsuz keçirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstan istiqamətindən gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes-Benz ML 320" markalı nəqliyyat vasitəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında saxlanılıb və gömrük baxışı keçirilib.

Komitədən “Report”a verilən məlumata görə, baxışdan öncə şifahi sorğu-sual olunan vətəndaş üzərində və idarə etdiyi avtomobildə gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olmadığını bildirib. 

Lakin yoxlama zamanı nəqliyyat vasitəsinin qabaq sol oturacağının altında xüsusi düzəldilmiş gizli saxlanc yerindən 4 ədəd "Samsung Galaxy J4+", 2 ədəd "Samsung Galaxy A6" və 1 ədəd "Samsung Galaxy J6" markalı mobil telefonlar, 8 ədəd qidalandırıcı başlıq, 10 ədəd USB kabel, 4 ədəd "qulaqlıq" və 14 ədəd mobil telefon üçün qutu aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi