Hakimliyə namizəd 41 nəfər tədris kurslarına buraxılıb

Hakimliyə namizəd 41 nəfər tədris kurslarına buraxılıb Ölkə Prezidenti İlham Əliyevin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tövsiyə və tapşırıqları üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin şəffaf şəraitdə və obyektiv meyarlar əsasında seçimi davam edir.
Hadisə
25 İyun , 2021 17:59
Hakimliyə namizəd 41 nəfər tədris kurslarına buraxılıb

Ölkə Prezidenti İlham Əliyevin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tövsiyə tapşırıqları üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin şəffaf şəraitdə obyektiv meyarlar əsasında seçimi davam edir.

Hakimlərin Seçki Komitəsindən "Report"a bildirilib ki, test üsulu ilə yazılı imtahanlarda müvəffəqiyyət qazanmış 64 nəfər namizədlə Hakimlərin Seçki Komitəsi tərəfindən şifahi imtahanlar keçirilib.

İmtahanlar zamanı namizədlərə hüququn müxtəlif sahələrinə dair 5 sual verilib onların hər biri yarım saat ərzində bu sualları cavablandırıb. Namizədlərə bərabər şərait yaradılması obyektivliyin təmin edilməsi məqsədilə imtahan sualları hər gün bilavasitə imtahandan əvvəl, imtahan keçirilən auditoriyada hazırlanıb onlar tərəfindən sərbəst cavablandırılıb.

Suallar namizədlərin bilik səviyyəsinin, fikirlərini səlist ifadə etmək bacarığının, məntiqi nəticələr çıxarmaq qabiliyyətinin, ümumi dünya görüşünün müəyyən olunmasına imkan verib.

COVID-19 pandemiyası ilə bağlı xüsusi karantin rejiminin tələblərinə əməl olunmaqla keçirilmiş imtahanların nəticəsinə görə 60 və daha çox bal toplamış 41 nəfər tədris kurslarına buraxılıb.

Həmin kurslarda namizədlərin hakimlik fəaliyyətinə hazırlanmaları təmin ediləcək, hakimin etik davranışı, korrupsiya ilə mübarizə, insan haqları, beynəlxalq normalar digər aktual məsələlərə dair mövzular nüfuzlu yerli beynəlxalq ekspertlərin iştirakı ilə tədris olunacaq, onlar məhkəmələrdə staj keçəcəklər.

Şifahi imtahanda uğur qazanaraq tədris kurslarına buraxılmış hakimliyə namizədlərin siyahısı Məhkəmə-Hüquq Şurasının İnternet səhifəsində yerləşdirilib (ünvan: www.jlc.gov.az).

Son xəbərlər

Orphus sistemi