Hakimin dələduzluqda təqsirləndirilən qardaşının məhkəməsində zərərçəkmiş şikayət ərizəsini geri götürüb

Hakimin dələduzluqda təqsirləndirilən qardaşının məhkəməsində zərərçəkmiş şikayət ərizəsini geri götürüb Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mahir Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib
Hadisə
1 Noyabr , 2017 10:45
Hakimin dələduzluqda təqsirləndirilən qardaşının məhkəməsində zərərçəkmiş şikayət ərizəsini geri götürüb

Bakı. 1 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mahir Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, işdə adı keçən əsas şəxslərdən biri istintaqa cəlb olunmayıb.

O qeyd edib ki, zərərçəkmişlər pulu birbaşa Ramil Şükürova verdikləri barədə ifadə versələr də, müstəntiq onu dindirməyib.

Hakim R.Şükürovun məhkəməyə çağırılıb dindiriləcəyini söyləyib. Həmin şəxs də bir müddət əvvəl dələduzluqda və sənədləri saxtalaşdırmaqda təqsirləndirilərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkum edilib. Sonradan şərti azadlığa buraxılıb.

Hakim A.Məcidov zərərçəkmiş Fəridə Həsənovanın məhkəməyə ərizə təqdim edərək, şikayətçi olmadığını deyib.

Daha sonra şahidlərin məhkəməyə gəlmədiyi elan olunub və məhkəmə iclası təxirə salınıb.

Məhkəmənin növbəti prosesi noyabrın 15-nə təyin edilib.

Qeyd edək ki, M.Kərimov "Fateh-N" MMC-nin icraçı direktoru vəzifəsində çalışarkən, bir mənzili bir neçə nəfərə satıb. O, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə itiham olunur. Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Xatırladaq ki, M. Kərimov Ali Məhkəmənin hakimi Fərhad Kərimovun qardaşıdır. "Fateh-N" MMC-nin təsisçisi isə Ələsgər Ömərov olub. O, bir müddət əvvəl dünyasını dəyişdiyi üçün barəsindəki cinayət işinə xitam verilib.

Ə.Ömərov İTV telekanalının sabiq rəhbəri İsmayıl Ömərovun qardaşıdır.

M.Kərimov məhkəmədə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildiyini söyləyib.

Son xəbərlər

Orphus sistemi