Bakı. 31 yanvar.
"Report"un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.
Dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib.
Məhkəmənin növbəti prosesi fevralın 7-nə təyin edilib.
Qeyd edək ki, ittiham aktına əsasən, M.Kərimov "Fateh-N" MMC-nin icraçı direktoru vəzifəsində çalışarkən bir mənzili bir neçə nəfərə satıb. O, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə itiham olunur. Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Xatırladaq ki,M. Kərimov Ali Məhkəmənin hakimi Fərhad Kərimovun qardaşıdır. "Fateh-N" MMC-nin təsisçisi isə Ələsgər Ömərov olub. O, bir müddət əvvəl dünyasını dəyişdiyi üçün barəsindəki cinayət işinə xitam verilib.
Ə.Ömərov İctimai Televiziya və Radio Yayımları Şirkətinin sabiq baş direktoru İsmayıl Ömərovun qardaşıdır. M.Kərimov məhkəmədə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildiyini söyləyib.