Hakimə fiziki təzyiq göstərən qadın barəsində cinayət işi başlanılıb

Hakimə fiziki təzyiq göstərən qadın barəsində cinayət işi başlanılıb Bakı. 25 fevral. REPORT.AZ/ Sabunçu Rayon Məhkəməsinin hakimi Süleyman Ağayevə qarşı fiziki təzyiq göstərən qadın barəsində cinayət işi başlanılıb.
Hadisə
25 Fevral , 2019 15:11
Hakimə fiziki təzyiq göstərən qadın barəsində cinayət işi başlanılıb

Bakı. 25 fevral. REPORT.AZ/ Sabunçu Rayon Məhkəməsinin hakimi Süleyman Ağayevə qarşı fiziki təzyiq göstərən qadın barəsində cinayət işi başlanılıb.

"Report"un əldə etdiyi məlumata görə, bir neçə gün əvvəl məhkəmə iclası zalında hakimə hücum edən T.Səfərova Sabunçu Rayon Prokurorluğuna aparılıb.

İstintaq orqanı qadın barəsində Cinayət Məcəlləsinin 288-ci (ədalət mühakiməsinin və ya ibtidai istintaqın həyata keçirilməsi ilə əlaqədar hədələmə və ya zor tətbiq etmə) maddəsi ilə ittiham irəli sürüb. Lakin qadın həmin gün evə buraxılıb, onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Hazırda istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, fevralın 21-də Sabunçu Rayon Məhkəməsində insident baş verib. T.Səfərova məhkəmə iclasına sədrlik edən hakim Süleyman Ağayevə qarşı fiziki təzyiq göstərib.

Belə ki, oğurluqda təqsirləndirilən O.Səfərovun anası T.Səfərova dövlət ittihamçısının çıxışından sonra məhkəmə zalına daxil olub.

O, əvvəlcə prosesə sədrlik edən hakimin üzərinə gedib. Qadın hakim S.Ağayevə qarşı fiziki təzyiq göstərib. Bu zaman məhkəmə iclasında olan nəzarətçilər T.Səfərovanı zaldan çıxarıblar.

Daha sonra Sabunçu Rayon Məhkəməsinə hüquq-mühafizə orqanları əməkdaşları çağırılıb.

T.Səfərovanın psixi problemlərinin olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi