Gəncədə yol qəzası olub, ölən və yaralanan var - YENİLƏNİB

Gəncədə yol qəzası olub, ölən və yaralanan var - YENİLƏNİB Gəncə. 26 yanvar. REPORT.AZ/ Gəncədə baş vermiş avtomobil qəzasında ölən və yaralanan şəxslərin kimliyi məlum olub.
Hadisə
25 yanvar 2019 22:21
Gəncədə yol qəzası olub, ölən və yaralanan var - YENİLƏNİB

Gəncə. 26 yanvar. REPORT.AZ/ Gəncədə baş vermiş avtomobil qəzasında ölən və yaralanan şəxslərin kimliyi məlum olub.

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə zamanı avtomobilin sürücüsü, Göygöl rayon sakini, 1986-cı il təvəllüdlü Elnay Əliyar oğlu Hacıyev ölüb. Qəza zamanı həmçinin onun həmyerlisi, 1988-ci il təvəllüdlü Ruslan Şahbaz oğlu İbrahimov da xəsarət alıb. 


***00:51

Gəncə şəhərində ölümlə nəticələnən avtomobil qəzası olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə aeroport yolunun yaxınlığında qeydə alınıb.

Avtomobilin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər isə ağır yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Gəncə şəhərində xəsarətlə nəticələnən yanğın olub. 

Son xəbərlər

Orphus sistemi