Bakı. 26 dekabr. REPORT.AZ/ Saatlı rayonunda piyadanı avtomobillə vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.
Kənd sakini Eldəniz Babayev yolu keçmək istəyərkən naməlum avtomobil onu vuraraq hadisə yerindən uzaqlaşıb. Avtoqəza nəticəsində E.Babayev müxtəlif bədən xəsarətləri alaraq daha sonra xəstəxanaya yerləşdirilib.
Çox keçmədən Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Saatlı rayon sakini Elşən Ağazadə saxlanılıb.
Faktla bağlı Saatlı RPŞ-də araşdırma aparılır.