Hadisə yerindən qaçan avtobus sürücüsü tutulub - RƏSMİ MƏLUMAT

Hadisə yerindən qaçan avtobus sürücüsü tutulub - RƏSMİ MƏLUMAT Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir
Hadisə
8 Aprel , 2016 14:17
Hadisə yerindən qaçan avtobus sürücüsü tutulub - RƏSMİ MƏLUMAT

Bakı. 8 aprel. REPORT.AZ/ Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu paytaxtda baş verən avtobus qəzası ilə bağlı rəsmi məlumat yayıb. "Report"a daxil olan birgə məlumatda bildirilib ki, aprelin 8-də saat 10:39-da Nizami rayonu ərazisində 103 saylı marşrut xəttinin sürücüsü, 1988-ci il təvəllüdlü Dünyamalı Rzayev idarə etdiyi “Otoyol” markalı 90 OG 171 dövlət nömrə nişanlı avtobusla həmin vaxt yolu keçən piyada, 1954-cü il təvəllüdlü Svetlana Jitovanı vurub, daha sonra hərəkətdə olan 30 saylı marşrut xəttinin sürücüsü, 1984-cü il təvəllüdlü Vasif Əliyevin idarə etdiyi “Daewoo” markalı 10 TG 373 dövlət nömrə nişanlı avtobusla toqquşub. Sonuncu idarəetməni itirərək Araslan Xəlilovun idarə etdiyi “VAZ 2107” markalı 10 LG 127 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Hadisə nəticəsində piyada S.Jitova aldığı xəsarətlərdən hadisə yerində ölüb, avtobuslarda olan sərnişinlərdən 10-u müxtəlif bədən xəsarətləri alaraq 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü ( yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin Dünyamalı Rzayev tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.  

Son xəbərlər

Orphus sistemi