Hacıqabul rayon prokuroru Rövşən Maqsudov vəzifəsindəın azad edilib.
"Report"un xəbərinə görə, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, o, Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyin edilib.
Baş Prokurorluğun Mətbuat Xidməti faktı "Report"a təsdiqləyib.