Hacıqabulda zəncirvari qəza baş verib, 1 nəfər yaralanıb

Hacıqabulda zəncirvari qəza baş verib, 1 nəfər yaralanıb Hadisə zamanı üç avtomobil toqquşub
Hadisə
11 Mart , 2017 22:21
Hacıqabulda zəncirvari qəza baş verib, 1 nəfər yaralanıb

Hacıqabul. 11 mart. REPORT.AZ/ Hacıqabulda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun “Sever” adlanan ərazisində qeydə alınıb.

Üç avtomobilin zəncirvari şəkildə toqquşması nəticəsində Bakı şəhər sakini, 21 yaşlı Gülüstan Cavanşir qızı Xudiyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılan yaralıya ilkin tibbi yardım göstərildikdən sonra o, Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi