Hacıqabul. 14 noyabr. REPORT.AZ/ Hacıqabul rayonunda yol qəzası baş verib.
"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun 160-cı km-də, rayonun Padarçöl kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 1976-cı il təvəllüdlü Bakı şəhər sakini Məmmədov Eldar Arif oğlunun sükanı arxasında olduğu "99-CP-633" dövlət nömrə nişanlı"KamAZ" markalı yarımqoşqulu yük avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bundan əvvəl Gəncədə sərnişin avtobusu qəzaya uğrayıb.