Hacıqabulda yol qəzasında ər və arvad xəsarət alıb

Hacıqabulda yol qəzasında ər və arvad xəsarət alıb Hacıqabul rayonunda baş verən yol qəzasında ər və arvad xəsarət alıb.
Hadisə
4 İyun , 2023 23:29
Hacıqabulda yol qəzasında ər və arvad xəsarət alıb

Hacıqabul rayonunda baş verən yol qəzasında ər və arvad xəsarət alıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Padarçöl ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yol qəzası zamanı Hacıqabul şəhər sakinləri, 1966-cı il təvəllüdlü Müslümov Şiralı Teymur oğlu və onun həyat yoldaşı, 1968-ci il təvəllüdlü Musayeva Ağbəniz Əmrulla qızı müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi