Hacıqabulda yol qəzasında bir nəfər xəsarət alıb

Hacıqabulda yol qəzasında bir nəfər xəsarət alıb Hadisə Bakı-Qazax magistralının Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb
Hadisə
11 Sentyabr , 2015 23:50
Hacıqabulda yol qəzasında bir nəfər xəsarət alıb

Bakı. 11 sentyabr. REPORT.AZ/ Hacıqabulda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabulun Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Gəncə şəhər sakini Mais Adil oğlu Zeynalov sükanı arxasında olduğu "Ford" markalı 99-YL-112 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib. Avtomobil aşaraq yolun kənarına düşüb.

Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Şirvan şəhər mərkəzi xəstəxanasına çatdırılıb.

Son xəbərlər

Orphus sistemi