Hacıqabul. 3 yanvar. REPORT.AZ/ Hacıqabul rayopnunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralanan şəxslərin adları məlum olub.
"Report"un yerli bürosu xəbər verir ki, hadisə zamanı 1993-cü il təvəllüdlü Həsənov Vasif Şahin oğlu və 1986-cı il təvəllüdlü Məmmədov Tahir Mirzəmməd oğlu ağır xəsarət alıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Yaralılar təcili yardım maşınları ilə Şirvan Şəhər Xəstəxanasına aparılılb. Onlardan biri yolda dünyasını dəyişib. Meyit müayinə olunması üçün
Digər şəxs isə xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
*** 23:14
Hacıqabul. 2 yanvar. REPORT.AZ/ Hacıqabul şəhərində ölümlə nəticələnən ağır yol qəzası baş verib.
“Report”un Mil-Muğan bürosunun məlumatına görə, "VAZ-2106" markalı avtomobilin dumanlı havada yol kənarındakı beton maneəyə çırpılıb. Hadisə nəticəsində iki nəfərin ağır bədən xəsarət aldığı bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
Daha əvvəl Bərdədə maşın elektrik dirəyinə çırpılıb.