Hacıqabulda yol qəzası olub, xəsarət alanlar var

Hacıqabulda yol qəzası olub, xəsarət alanlar var Hacıqabulda baş verən yol qəzasında bir neçə nəfər xəsarət alıb.
Hadisə
12 Oktyabr , 2020 06:32
Hacıqabulda yol qəzası olub, xəsarət alanlar var

Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsində bir neçə nəfər xəsarət alıb.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Qarasu kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Hyundai” markalı 10-CR-711 dövlət qeydiyyat nişanlı avtomobil idarəetmədən çıxaraq beton dirəyə çırpılıb və aşıb. Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi