Hacıqabulda yol qəzası olub, xəsarət alan var

Hacıqabulda yol qəzası olub, xəsarət alan var Hacıqabulda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.
Hadisə
8 Noyabr , 2019 22:34
Hacıqabulda yol qəzası olub, xəsarət alan var

Hacıqabulda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Qazax magistralının rayonun Nəvahi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Hundai”markalı avtomobil qarşıda gedən “KaMAZ” markalı yük maşınının arxa hissəsinə çırpılıb.

Nəticədə Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Vəliyev Talıb Şirəli oğlu yüngül xəsarət alıb. Hadisə yerində ona ilk tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi