Hacıqabuda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində, "Qədirxum" restoranı yaxınlığında qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Nissan” markalı avtomobil arxadan “Toyota” markalı avtomobilə çırpılıb. Nəticədə Ağdam rayon sakini, 1950-ci il təvəllüdlü Abbasova Nüşabə Xurşud qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.