Hacıqabulda yol qəzası nəticəsində biri ağır vəziyyətdə olmaqla 4 nəfər yaralanıb - YENİLƏNİB

Hacıqabulda yol qəzası nəticəsində biri ağır vəziyyətdə olmaqla 4 nəfər yaralanıb - YENİLƏNİB Lamiyə Mürşüdovanın vəziyyəti ağırdır
Hadisə
19 Noyabr , 2017 15:09
Hacıqabulda yol qəzası nəticəsində biri ağır vəziyyətdə olmaqla 4 nəfər yaralanıb - YENİLƏNİB

Hacıqabul. 19 noyabr. REPORT.AZ/ Bakı-Qazax magistral yolunun Hacıqabul rayonu ərazisində baş verən yol qəzasında 4 nəfər ağır yaralanıb.

“Report”un Aran bürosu xəbər verir ki, yaralılardan 25 yaşlı Fuad Məmmədov ad-soyadlı şəxs Bakıya göndərilib.

Ucar rayonundan olan digər 3 yaralı - 26 yaşlı Lamiyə Mürşüd qızı Məmmədova Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya, 24 yaşlı Vəfa Vasif qızı Məmmədova və adı məlum olmayan dördüncü yaralı isə Travmatologiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, Lamiyə Mürşüdovanın vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.


***14:31

Hacıqabul. 19 noyabr. REPORT.AZ/ Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində ağır yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, ilkin məlumata görə, hadisə zamanı 1 nəfər ölüb, daha 1-i yaralanıb.

Yaralının da vəziyyətinin ağır olduğu bildirilir. O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi