Hacıqabulda yol qəzası baş verib, xəsarət alanlar var

Hacıqabulda yol qəzası baş verib, xəsarət alanlar var Hacıqabul. 19 noyabr. REPORT.AZ/ Hacıqabul rayonunda yol qəzası baş verib.
Hadisə
19 Noyabr , 2018 15:43
Hacıqabulda yol qəzası baş verib, xəsarət alanlar var

Hacıqabul. 19 noyabr. REPORT.AZ/ Hacıqabul rayonunda yol qəzası baş verib.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Padarçöl kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, 99 XV 888 dövlət nömrə nişanlı "Dodge" markalı minik avtomobili "KamAZ" markalı yük avtomobilinə çırpılıb. Nəticədə 2 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Avtomobildə olan sərnişin, 1964-cü il təvəllüdlü Aybəniz Ağalar qızı Bayramova Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hələlik adı açıqlanmayan sürücü isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi