Hacıqabulda yol qəzası baş verib, xəsarət alanlar var

Hacıqabulda yol qəzası baş verib, xəsarət alanlar var Hacıqabul. 8 oktyabr. REPORT.AZ/ Hacıqabul rayonunda yol qəzası baş verib.
Hadisə
2076
8 Oktyabr , 2018 18:29
Hacıqabulda yol qəzası baş verib, xəsarət alanlar var

Hacıqabul. 8 oktyabr. REPORT.AZ/ Hacıqabul rayonunda yol qəzası baş verib.

“Report”un Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul şəhərində rayon sakini, 1998-ci il təvəllüdlü Fərid Mehman oğlu Qafarovun idarə etdiyi "VAZ 21015" markalı avtomobil sürətlə hərəkətdə olan zaman idarəetmədən çıxaraq aşıb.

Nəticədə sürücü və avtomobildə olan sərnişin Rahil Qardaşxan oğlu İsmayılov xəsarət alıb. Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. R.İsmayılovun vəziyyəti ağır olduğundan xəstəxananın Reanimasiya şöbəsinə köçürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi