Hacıqabulda yol qəzası baş verib, 1 nəfər yaralanıb

Hacıqabulda yol qəzası baş verib, 1 nəfər yaralanıb Qəza Bakı-Qazax yolunda qeydə alınıb
Hadisə
6 Aprel , 2017 21:49
Hacıqabulda yol qəzası baş verib, 1 nəfər yaralanıb

Hacıqabul. 6 aprel. REPORT.AZ/ Hacıqabulda yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər yaralanıb.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Qazax yolunun rayonun ərazisindəki "Qədirxum" restoranı yaxınlığında baş verib.

“Kamaz” markalı yük maşını ilə “VAZ-21015” markalı avtomobilin toqquşması nəticəsində Mingəçevir şəhər sakini, 56 yaşlı Saray Rəhbər qızı Həsənova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi