Yuxarı

Hacıqabulda yol qəzası baş verib, yaralananlar var

Hacıqabulda yol qəzası baş verib, yaralananlar var
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb

Hacıqabul. 21 dekabr. REPORT.AZ/ Hacıqabul rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi