Hacıqabulda yeniyetmə Kür çayında batıb - YENİLƏNİB

Hacıqabulda yeniyetmə Kür çayında batıb - YENİLƏNİB Hacıqabul. 7 iyun. REPORT.AZ/ Hacıqabul rayonunda Kür çayında batan yeniyetmənin adı məlum olub.
Hadisə
7 İyun , 2018 12:36
Hacıqabulda yeniyetmə Kür çayında batıb - YENİLƏNİB
Report
0 : 00
0 : 00

Hacıqabul. 7 iyun. REPORT.AZ/ Hacıqabul rayonunda Kür çayında batan yeniyetmənin adı məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, bu, rayonun Meyniman kənd sakini, 2007-ci il təvəllüdlü Davud Pirverdi oğlu Zərbalıyevdir. 

FHN-nin xilasediciləri tərəfindən 11 yaşlı yeniyetmənin axtarışları davam etdirilir. 


***10:02Hacıqabul. 7 iyun. REPORT.AZ/ Hacıqabul rayonunda yeniyetmə Kür çayına düşərək boğlub.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə rayonun Meyniman kəndi ərazisində baş verib.

Belə ki, hələlik adı məlum olmayan kənd sakini səhər saatlarından evdən çıxıb və geri qayıtmayıb. Valideynləri və yaxın qohumları onun axtarışna başlayıb. Kür çayının sahilində yeniyetməyə məxsus əşyaların olduğunu görən valideynləri hüquq-mühafizə xidmətinin əməkdaşlarına məlumat verib. Hadisə yerinə Fözqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. Axtarışlara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi