Hacıqabulda yaşlı kişi bıçaqlanıb

Hacıqabulda yaşlı kişi bıçaqlanıb Yaralının vəziyyəti ağırdır
Hadisə
10 Sentyabr , 2017 23:12
Hacıqabulda yaşlı kişi bıçaqlanıb

Hacıqabul. 10 sentyabr. REPORT.AZ/ Hacıqabulda bıçaqlanma hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin Nəsimi Allahverdiyev küçəsində qeydə alınıb.

Həmin ünvanda yaşayan 56 yaşlı Mail Sabir oğlu Həsənzadə naməlum şəxs tərəfindən 2 bıçaq yarası alıb. Yaralı Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi