Yuxarı

Hacıqabulda valideynlər uşaqlar arasındakı mübahisəyə görə dava edib, bıçaqlanan var

Hacıqabulda valideynlər uşaqlar arasındakı mübahisəyə görə dava edib, bıçaqlanan var

Hacıqabul. 3 sentyabr. REPORT.AZ/ Hacıqabul rayonunda uşaqlar arasında yaranan mübahisə valideynlərin davasına səbəb olub.

"Report" xəbər verir ki, hadisə Atbulaq qəsəbəsində baş verib.

Belə ki, 1981-ci il təvəllüdlü İsrafilov Azad Bəybala oğlu həyətdə oynayan oğlununun qonşuluqda yaşayan uşaq tərəfindən döyüldüyünü görüb. O, həmin uşağı tənbeh edib. Bu zaman dava edən uşağın atası A.İsrafilova iradını bildirib. O, bundan sonra A.İsrafilovun ürək nahiyəsinə iki bıçaq zərbəsi vurub. 

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyəti ağırdır.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi