Hacıqabul. 1 yanvar. REPORT.AZ/ Hacıqabulda yeni il axşamı intihar hadisəsi baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Nəvahi stansiyası adlanan ərazisindəki restoranlardan birinin yaxınlığında qeydə alınıb.
1979-cu il təvəllüdlü yerli sakin Nüsrət Ramiz oğlu Baxşıyevin meyiti asılmış vəziyyətdə aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.