Hacıqabulda qətliam törədən şəxsin polis tərəfindən zərərsizləşdirildiyi məlum olub - SİYAHI - VİDEO - FOTO

Hacıqabulda qətliam törədən şəxsin polis tərəfindən zərərsizləşdirildiyi məlum olub - SİYAHI - VİDEO - FOTO Hadisə zamanı bir ailənin 4 üzvü öldürülüb, 1 nəfər yaralanıb
Hadisə
31 İyul , 2017 09:53
Hacıqabulda qətliam törədən şəxsin polis tərəfindən zərərsizləşdirildiyi məlum olub - SİYAHI - VİDEO - FOTO
Report.az

Hacıqabul. 31 iyul. REPORT.AZ/ Hacıqabulda evə basqın edərək bir ailənin dörd üzvünü öldürən şəxs polis tərəfindən zərərsizləşdirilib.

"Report"un əldə etdiyi yeni təfərrüata görə, 1971-ci il təvəllüdlü, Hacıqabul şəhər sakini Mübariz Qibləli oğlu Mehdiyevlə Qəmbərovlar ailəsi arasında mübahisə Rusiya Federasiyasından başlayıb. Bir neçə gün bundan əvvəl Rusiyadan qayıdan M.Mehdiyev Qəmbərovlar ailəsinin yaşadığı evə basqın edərək, odlu silahla 4 nəfəri öldürüb, 1 nəfəri isə yaralayıb. M.Mehdiyev polis tərəfindən mühasirəyə alınıb və öldürülərək zərərsizləşdirilib.

Silahlı basqın nəticəsində ölən şəxslər bunlardır:

1988-ci il təvəllüdlü Namiq Nazim oğlu Qəmbərov;

1953-cü il təvəllüdlü Nazim Əliağa oğlu Qəmbərov;

1962-ci il təvəllüdlü Gülbağda Eynulla qızı Qəmbərova;

1958-ci il təvəllüdlü Bibilər Malik qızı Qəmbərova;

1971-ci il təvəllüdlü Mübariz Qibləli oğlu Mehdiyev (evə silahlı basqın edən şəxs).

Yaralanan:

1947-ci il təvəllüdlü Məmməd Əliağa oğlu Qəmbərov.

Son xəbərlər

Orphus sistemi