Hacıqabulda qanunsuz ov edən şəxslər saxlanıldı

Hacıqabulda qanunsuz ov edən şəxslər saxlanıldı Hacıqabul rayonunda qanunsuz ov edən şəxslərdən silah götürülüb.
Hadisə
18 Yanvar , 2021 11:47
Hacıqabulda qanunsuz ov edən şəxslər saxlanıldı

Hacıqabul rayonunda qanunsuz ov edən şəxslərdən silah götürülüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 16-da rayonun Muğan qəsəbəsi ərazisində Şirvan şəhər sakinləri - R.Babayev, S.Mehdiyev və A.Əhmədzadə qanunusuz ov etdikləri üçün Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

R.Babayevdən “Kral Arms”, A.Əhmədzadədən isə “Churchill” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi