Hacıqabulda piyadanı maşın vuraraq öldürüb - YENİLƏNİB

Hacıqabulda piyadanı maşın vuraraq öldürüb - YENİLƏNİB Hacıqabulda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
2 Avqust , 2019 07:30
Hacıqabulda piyadanı maşın vuraraq öldürüb - YENİLƏNİB

Hacıqabulda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə ötən gecə rayonun Muğan qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, əslən Gürcüstandan olub Bakıda yaşayan 1960-cı il təvəllüdlü Kazımov Elman Camal oğlunu minik avtomobil vurub. 

Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan piyada Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Həkimlərin səyinə baxmayaraq E. Kazımov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.



*** 06:23

Hacıqabul rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Yol qəzası zamanı bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi