​Hacıqabulda piyada ölümü ilə nəticələnən qəza baş verib

​Hacıqabulda piyada ölümü ilə nəticələnən qəza baş verib Sürücü hadisə yerindən qaçıb
Hadisə
20 Oktyabr , 2015 08:58
​Hacıqabulda piyada ölümü ilə nəticələnən qəza baş verib

Bakı. 20 oktyabr. REPORT.AZ/ Hacıqabulda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Muğan kəndinin giriş hissəsində qeydə alınıb.

Yolu keçmək istəyən piyadanı "VAZ-2106" markalı avtomobil vurub. Hələlik şəxsiyyəti məlum olmayan, təxminən 60-65 yaşlı kişi hadisə yerindəcə dünyasını dəyişib. Piyadanın üzərində heç bir sənədi olmadığı üçün onun şəxsiyyətini hələlik müəyyən etmək mümkün olmayıb. Naməlum sürücü hadisə yerindən qaçıb.

Sürücünün tutulması istiqamətində tədbirlər həyata keçirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi