Hacıqabulda oğurluq edən iki qardaş tutulub

Hacıqabulda oğurluq edən iki qardaş tutulub Onlar su mühərriki və 135 metr uzunluğunda kabel oğurlamaqda şübhəli bilinir
Hadisə
5 Aprel , 2017 12:16
Hacıqabulda oğurluq edən iki qardaş tutulub

Bakı. 5 aprel. REPORT.AZ/ Hacıqabulda oğurluq edən iki qardaş tutulub.

“Report” xəbər verir ki, bu barədə Daxili işlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, oğurluq etməkdə şübhəli bilindiyinə görə, tutulan Niyaməddin Eminovun ətrafında Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun qardaşı Aqil ilə birgə rayon ərazisindəki evlərdən birinin həyətindən su mühərriki və 135 metr elektrik kabelini oğurlamaları da müəyyən edilib.

Görülən tədbirlərlə Aqil Eminov tutulub.

Son xəbərlər

Orphus sistemi